Ev təmizliyi? Tez tap.

Evdə nə xarab olubsa, kim lazımdırsa, adını yazın. Xidməti seçin, vaxtı deyin, yoxlanmış mütəxəssis gəlsin.

xidmət
108
kateqoriya
17
şəhər
3
ElektrikSantexnikEv təmizliyiAvtomobil diaqnostikasıKişi bərbəriKompüter təmiriEv təmizliyi

Bir toxunuşdan bitmiş işə qədər

  1. Nə lazım olduğunu yazın

    Axtarın və ya kateqoriyadan seçin. Xidmətin qiymət qaydası elə oradaca yazılıb.

  2. Bir neçə suala cavab verin

    Hər xidmətin öz sualları var, ona görə mütəxəssis hazır gəlir. Vaxtı onun boş saatlarından seçirsiniz.

  3. Gedişatı izləyin

    Qəbul edildi, yoldadır, iş gedir: hər mərhələdə bildiriş gəlir. Yazışma və zəng tətbiqin içindədir.

  4. Yoxlayın, sonra ödəyin

    İşi siz təsdiqləyirsiniz. Ödəniş nağd, birbaşa mütəxəssisə. Sonda rəyinizi yazırsınız.

Hamısı 24 saniyədə

Sarı nöqtənin bir günü.

Nə lazımdır?

Tanımadığınız adamı evə dəvət edirsiniz. Ona görə qaydalar sərtdir.

Hər profil yoxlanılır

Moderator profili və hər xidməti ayrıca təsdiqləyir. Təsdiqsiz heç kim sifariş götürə bilməz.

Nömrəniz sizdə qalır

Telefon nömrələri heç vaxt bölüşülmür. Zəng və yazışma tətbiqin içindədir.

Rəylər yalnız real işdən

Rəyi ancaq sifarişi tamamlanmış müştəri yaza bilər, hər sifarişə bir dəfə.

Qiymət əvvəlcədən

Sabit, saatlıq və ya təklif: hansı olduğunu sifarişdən əvvəl bilirsiniz.

Ödəniş iş bitəndə

Əvvəlcədən pul köçürmürsünüz. Nəticə razı salmasa, sifarişin içindən problem bildirirsiniz.

Tez Tap Pro

İşi bilirsinizsə, müştəri sizi tapsın

Profilinizi qurun, xidmətləri və qiymətləri özünüz yazın. Yoxlamadan sonra sifarişlər telefonunuza gəlir.

  • İş saatlarınız

    Müştəri yalnız boş vaxtınızı görür.

  • Portfolio

    İşlərinizin foto və videolarını paylaşın.

  • Təkliflər

    Açıq sorğulara qiymət və vaxt təklif edin.

  • Balans

    Ödənişi müştəridən alırsınız. Komissiya, adətən 10%, iş bitəndə balansdan tutulur.

Harada işləyirik

  • BakıAktiv
  • SumqayıtAktiv
  • GəncəAktiv

Sumqayıt: Tərxan Paşazadə, CC BY-SA 4.0Gəncə: Petar Milošević, CC BY-SA 4.0

Suallar

Mütəxəssisin özü. Sabit və saatlıq xidmətlərdə qiyməti sifarişdən əvvəl görürsünüz. Təklif xidmətlərində gələn qiymətləri müqayisə edib seçirsiniz.